İstintaq Xidməti qanunsuz maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi işi üzrə istintaqa başladı
Maliyyə Nazirliyinin İstintaq Xidməti qanunsuz maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi işi üzrə istintaqa başladı.
“2022-ci ilimn 3 süntyabrında, alınan məlumat əsasında, Maliyyə Nazirliyinin İstintaq Xidmətində təhsil müəssisələrindən birinin Gürcüstanın Təhsil və Elm Nazirliyinin müvafiq icazəsi olmadan qeyri-qanuni təhsil fəaliyyəti həyata keçirməsi faktı ilə bağlı istintqa başlanıldı. Cinayət Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin birinci hissəsi ilə nəzərdə tutulur”, – idarədə bəyan edirlər.
İstintaq Xidmətində bəyan edirlər ki, araşdırmanın gedişi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək.
Medianın məlumatına görə, Gürcüstanda üzdəniraq “School Club Georgia” rus məktəbi açıldı. Təhsil Nazirliyində bəyan etdilər ki, “School Club Georgia”-ya Təhsil Keyfiyyətinin İnkişafı Mərkəzi tərəfindən icazə verilməyib və Gürcüstanda fəaliyyət göstərmək hüququna malik deyil.