İstintaq Xidməti qanun pozuntusu ilə ağac materialının əldə edilməsi-satqısı ilə məşğul olan bir qrup şəxsi müəyyən edib
İstintaq Xidməti qanun pozuntusu ilə ağac materialının əldə edilməsi-satqısı ilə məşğul olan bir qrup şəxsi müəyyən edib

 

İstintaq Xidməti qanun pozuntusu ilə ağac materialının əldə edilməsi-satqısı ilə məşğul olan 7 nəfəri müəyyən edib. Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayır.

Qurumun məlumatında təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində dövlət büdcəsinə təxminən 200 min lari zərər dəydiyi deyilir.

“Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində saxta vergi sənədlərinin hazırlanması və istifadəsi, aldatma yolu ilə dövlət büdcəsinə əmlak zərəri vurulması və xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktları üzrə 7 nəfər məsuliyyətə cəlb edilib.

İstintaqla təqsirləndirilən şəxslərin rəhbərlik etdikləri şirkətlər adından qabaqcadan əlbir olaraq, ağac materialının guya satışı haqqında qarşılıqlı olaraq saxta vergi hesab-fakturaları tərtib etdikləri və bu yolla da saxta ƏDV aktivi yaratdıqları və sonradan cari vergi öhdəliklərinin qarşılanması üçün istifadə etdikləri müəyyən edilib. Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində dövlət büdcəsinə təxminən 200.000 lari məbləğində zərər dəydiyi müəyyən edilib.

İstintaqın hazırkı mərhələsində zərərin qarşılanması olaraq büdcənin xeyrinə 70.000 lari kompensasiya edilib. Dəymiş zərərin tam ödənilməsi üçün müvafiq tədbirlər görülür.

“İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 8 ilədək müddətə həbs cəzasını nəzərdə tutan 210, 185 və 218-ci maddələri ilə aparılır”- qurumun məlumatında deyilir.