İstintaq Xidməti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə xüsusilə külli miqdarda əmlakın mənimsənilməsinə cəhd faktı üzrə üç nəfəri saxlayıb
İstintaq Xidməti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə xüsusilə külli miqdarda əmlakın mənimsənilməsinə cəhd faktı üzrə üç nəfəri saxlayıb

 
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, saxta sənədin hazırlanması və istifadəsi yoluyla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə xüsusilə külli miqdarda əmlakın mənimsənilməsinə cəhd faktı üzrə biri xarici ölkə vətəndaşı olmaqla üç nəfər saxlanılıb.

Maliyyə Nazirliyinin İstintaq Xidmətindən verilən məlumata əsasən istintaqla təqsirləndirilən şəxslərin Gürcüstanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin təxminən 13 milyon lari dəyərində daşınmaz əmlakını dələduzluq yolu ilə əldə etmək məqsədilə xaricdə fəaliyyət göstərən notariusun adına təsdiq edilmiş, şirkətin təsisçisi tərəfindən təqsirləndirilən şəxslərdən birinə onu təmsil etmək səlahiyyəti verdiyi iddia edilən etibarnaməni saxtalaşdırdıqları müəyyən edilib.

Təqsirləndirilən şəxslər bəhsi keçən saxta etibarnamədən istifadə etməklə Ədliyyə Evinə ərizə ilə müraciət edərək, şirkətin nizamnamə kapitalının cinayətkar qruplaşmanın üzvlərindən birinin adına rəsmiləşdirilməsini və direktorun dəyişdirilməsini tələb ediblər, bunu da İstintaq Xidməti və Ədliyyə Nazirliyinin İctimai Reyestr Milli Agentliyinin əlaqələndirilmiş tədbirləri nəticəsində həyata keçirə bilməyiblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək müddətə həbs cəzasını nəzərdə tutan 362 və 180-ci maddələri ilə aparılır.