İstintaq Xidməti böyük miqdarda aksiz markasının məcburi vurulmasına tabe olan alkohollu içkinin aksiz markasız saxlanılması faktı üzrə bir nəfəri yaxaladı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının həyata keçirdiyi operativ-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində, böyük miqdarda aksiz markasının məcburi vurulmasına tabe olan alkohollu içkinin aksiz markasız saxlanılması faktı üzrə bir nəfəri yaxaladılar.
Məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.
“İstintaqla müəyyən olundu ki, ittiham olunan, onun yaşayış evində, sonralar satışı məqsədilə, böyük miqdarda müxtəlif çeşidli, xarici istehsal olan aksizsiz alkohol içkisini saxlayırdı. İstintaq tədbirləri nəticəsində 7 869 lari dəyərində aksizsiz içki çıxarıldı. İstintaq cəza şəklində 4 ildən 6 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan, Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin ikinci hissəsi ilə aparılır”, – məlumatda deyilir.