İstintaq Xidməti "Adjara" kazinosunda davam edən istintaq hərəkətləri ilə bağlı bəyanat yayır
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti “Adjara” kazinosunda davam edən istintaq hərəkətləri ilə bağlı bəyanat yayır.
“Kazinolardan birinin rəhbər şəxsləri tərəfindən qeyri-qanuni gəlirlərin leqallaşdırılması və xüsusilə külli miqdarda vergidən mümkün qəsdən yayınma faktları ilə bağlı istintaq aparılır. Cinayət Gürcüstan Cinayət Məcəlləsinin 194 və 218-ci maddələri ilə nəzərdə tutulub.
İstintaq çərçivəsində hakimin qərarı əsasında məsələnin şəraitinin aydınlaşdırılması üçün zəruri halların müəyyən edilməsi və faktiki sübutların əldə edilməsi məqsədilə hazırda kazinoda müvafiq istintaq hərəkətləri keçirilir (keçirildi).
İctimai marağı nəzərə almaqla İstintaq Xidməti tərəfindən cari istintaq haqqında vaxtaşırı ictimaiyyətə məlumat veriləcək”-deyə Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatında deyilir.