İstintaq Xidməti mart ayında aksizsiz siqaretlərin saxlanması-daşınması-satışı ilə bağlı 20 faktı aşkarlayıb
İstintaq Xidməti mart ayında aksizsiz siqaretlərin saxlanması-daşınması-satışı ilə bağlı 20 faktı aşkarlayıb

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, qurumun əməkdaşları 2024-cü ilin mart ayında Gürcüstan miqyasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində markalanmalı olan külli miqdarda aksizli malın aksiz markası olmadan saxlanması-daşınması-satışı ilə bağlı 20 fakt aşkar ediblər, bu faktlara görə 28 nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, onlardan 11-i saxlanılıb.

Onların verdiyi məlumata görə, istintaq hərəkətləri nəticəsində cinayətdə ifşa olunmuş şəxslərdən satış üçün nəzərdə tutulmuş, ümumi bazar dəyəri 500.000 laridən artıq olan, ümumilikdə 99.161 ədəd müxtəlif adlı aksizsiz siqaretlər götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 8 ilədək müddətə həbsi nəzərdə tutan 200-cü maddəsi ilə aparılır.