İstintaq Xidməti gömrük sərhədində gömrük qaydalarını pozmaqla xüsusilə külli miqdarda malın keçirilməsi faktını aşkarlayıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin gömrük şöbəsi ilə razılaşdıraraq həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Gürcüstanın gömrük sərhədində gömrük qaydalarını pozmaqla xüsusilə külli miqdarda malın keçirilməsi ilə bağlı 5 faktı aşkar ediblər- bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayır.
“İstintaq zamanı müəyyən edilib ki, Gürcüstan vətəndaşları “Sarpi” gömrük-keçid məntəqəsindən keçməklə gömrük nəzarətindən gizlicə, paltarlarının altında bədənlərinə bərkidilmiş şəkildə ümumilikdə 2,618 qram qızıl-zinət əşyalarını Gürcüstanın gömrük sərhədinə gətiriblər.
İstintaq tədbirləri nəticəsində aşkar edilmiş və qaçaqmalçılıq yolu ilə gətirilmiş qızıl-zinət əşyalarının dəyəri 300 min laridən çoxdur.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 214-cü maddəsinin ikinci hissəsi ilə aparılır”-Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatında qeyd olunur.