İstintaq Xidməti texniki baxış mərkəzinin əməkdaşını kommersiya rüşvəti faktı üzrə ifşa edib
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində kommersiya rüşvəti və saxta sənədləri hazırlama- işə keçirmə faktı üzrə iki nəfər məsuliyyətə cəlb edilib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri Tbilisi şəhərində yerləşən texniki baxış mərkəzində müfəttiş işləyirmiş və texniki reqlamentin tələblərinə uyğun olaraq avtonəqliyyat vasitələrinin sınaqdan keçirilməsi öhdəliyini daşıyırmış, onlar xeyir əldə etmək üçün vətəndaşdan müəyyən məbləğdə pul istəyiblər, bunun müqabilində də texniki baxımdan nasaz olan nəqliyyat vasitəsi haqqında texniki baxışdan müsbət keçməsi haqqında akt tərtib ediblər, bu zaman onlar ifşa edilib.
Cinayət işi üzrə Cinayət Məcəlləsinin 2 ildən 4 ilədək həbs cəzasını nəzərdə tutan 221 və 362-ci maddələri ilə istintaq davam etdirilir.
Məlumatı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin mətbuat xidməti yayır.