İstintaq xidməti ət məhsullarının saxtalaşdırılmış yarımfabrikatlarının istehsalı faktı üzrə bir nəfəri məsuliyyətə cəlb edib
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində saxtalaşdırma faktı üzrə 1 nəfər məsuliyyətə cəlb edilib. Bu barədə məlumatı istintaq xidməti yayır.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz maddi gəlir əldə etmək məqsədi ilə bölgələrdən birində kustar üsulla hazırlanmış sexində sistemli şəkildə ət məhsullarının saxtalaşdırılmış yarımfabrikatlarını istehsal edib və satıb, həmin məhsulların dad xüsusiyyətlərini saxlanması məqsədilə soya əlavələrindən istifadə edib.
Məhkəmənin hökmü əsasında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində saxta məhsullar satış şəbəkəsindən və sexdən tamamilə götürülüb. Bu cinayət Gürcüstan Cinayət Məcəlləsinin 197-ci maddəsinə əsasən bir ildən üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, – məlumatda deyilir.