İstintaq Xidməti saxta pulun işə keçirilməsi faktı ilə əlaqədar 3 nəfəri saxlayıb
İstintaq Xidməti saxta pulun işə keçirilməsi faktı ilə əlaqədar 3 nəfəri saxlayıb

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq tədbirləri nəticəsində saxta pulun işə keçirilməsi ilə əlaqədar iki fakt aşkar edilib, üç nəfər saxlanılıb.

İstintaqla müəyyən edilib ki, bir iş üzrə təqsirləndirilən şəxslər qanunsuz maddi mənfəət qazanmaq məqsədilə, 19900 ABŞ dolları miqdarında saxta 100 dollarlıq əskinasları Tbilisidə işə keçiriblər, ikinci halda isə Batumidə təqsirləndirilən şəxs müxtəlif obyektlərdə 4 ədəd saxta 100 lari və 1 ədəd saxta 50 larini işə keçirib. İstintaq zamanı saxta əskinaslar tamamilə götürülüb.

Gürcüstan Cinayət Məcəlləsinin 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 212-ci maddəsinin birinci və ikinci hissələri ilə istintaq davam etdirilir.