İstintaq Xidməti saxta 1 manatlıq sikkələrin işə keçirilməsi faktı ilə bağlı iki nəfəri saxlayıb
İstintaq Xidməti saxta 1 manatlıq sikkələrin işə keçirilməsi faktı ilə bağlı iki nəfəri saxlayıb

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxta pulun işə keçirilməsi faktı üzrə 2 nəfər saxlanılıb.

İstintaq Xidmətinin məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi nemətlər əldə etmək məqsədilə 2022-ci ilin dekabr ayından cari ilin iyul ayına qədər olan müddətdə Şida Kartli bölgəsində sistematik olaraq saxta bir lari yığıblar.

“Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində ümumilikdə 524 ədəd saxta bir larilik sikkə aşkar edilərək götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 212-ci maddəsinin ikinci hissəsi ilə aparılır. Saxta sikkələri hazırlayan və qeyd olunan cinayəti törətmiş digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”, – deyə İstintaq Xidmətindən bildirilib.