İstintaq Xidməti saxlama müddəti ötmüş və qidaya yararsız süd məhsullarının satışı faktı üzrə iki nəfəri ifşa edib
İstintaq Xidməti saxlama müddəti ötmüş və qidaya yararsız süd məhsullarının satışı faktı üzrə iki nəfəri ifşa edib

 

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları alınmış məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində istifadəçini aldatma faktı ilə əlaqədar iki nəfəri təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediblər.

İstintaq idarəsindən verilən məlumatda, istintaqla təqsirləndirilən şəxslərin süd məhsulları istehsal edən şirkətlərdən birindən saxlama müddəti ötmüş və qidaya yararsız məhsulları ucuz qiymətə guya heyvan yemi kimi istifadə edəcəkləri bəhanəsilə satın aldığının müəyyən edildiyi deyilir.

“Təqsirləndirilən şəxslər bəhsi keçənlərin əvəzinə qanunsuz fayda əldə etmək məqsədilə süd məhsullarının xarici görünüşünü dəyişdirir, ondan sonra saxlama müddəti ötmüş, keyfiyyətsiz mallar Tbilisi şəhərindəki çörək sexlərinə, yarımfabrikatlar istehsal edən müəssisələrə və ticarət obyektlərinə dələduzluq yolu ilə satılırmış.

İstintaq hərəkətləri nəticəsində satış üçün nəzərdə tutulmuş və saxlama müddəti ötmüş 6 tona yaxın süd məhsulu ələ keçirilib”-deyə İstintaq Xidmətinin məlumatında qeyd olunur.

Verilən məlumatda sözügedən cinayətin Gürcüstan Cinayət Məcəlləsinin 219-cu maddəsinin ikinci hissəsi ilə iki ilədək müddətə həbs cəzasını nəzərdə tutduğu deyilir.