İstintaq Xidməti oktyabr ayında külli miqdarda aksizsiz tütün məmulatlarının saxlanması, daşınması və satışı ilə bağlı 24 faktı aşkar edib
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları cari ilin oktyabr ayı ərzində Gürcüstan miqyasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində markalanmalı olan külli miqdarda aksizli malların aksiz markası olmadan saxlanması-daşınması-satılması ilə bağlı 24 fakt aşkar ediblər, bu faktlara görə təqsirləndirilən şəxs qismində 23 nəfər məsuliyyətə cəlb edilib, onlardan 9-u saxlanılıb.
“Aparılmış istintaq hərəkətləri nəticəsində cinayətdə ifşa edilmiş şəxslərdən ümumi bazar dəyəri 370 000 laridən artıq olan müxtəlif adlarda ümumilikdə 74 358 ədəd aksizsiz siqaret götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 200-cü maddəsi ilə aparılır” – Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatında qeyd olunur. .