İstintaq Xidməti İran vətəndaşını külli miqdarda saxta valyuta satma ( işə keçirmə) faktı ilə əlaqədar saxlayıb
İstintaq Xidməti İran vətəndaşını külli miqdarda saxta valyuta satma ( işə keçirmə) faktı ilə əlaqədar saxlayıb

 

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində külli miqdarda saxta valyutanı satma ( işə keçirmə) faktı ilə əlaqədar İran vətəndaşını saxlayıb.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz maddi xeyir əldə etmək məqsədilə Batumi şəhərində 5000 ABŞ dolları həcmində saxta 50 dollarlıq əskinasları satıb.

Aparılmış istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsin yaşadığı ünvana baxış zamanı əlavə olaraq 7000 ABŞ dolları götürülüb və müvafiq ekspertiza təyin edilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsi ilə aparılır və bu 7 ildən 10 ilədək həbs cəzasını nəzərdə tutur”- deyə məlumatda deyilir.