İstintaq Xidməti gömrük sərhədində xüsusilə külli miqdarda dərman vasitələrini qanunsuz keçirilməsi faktı üzrə bir nəfəri ifşa edib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ilə birlikdə keçirdikləri operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, gömrük sərhədində xüsusilə külli miqdarda mal keçirilməsi qaydalarının pozulması faktı ilə bağlı bir nəfəri ifşa ediblər.
Operativ məlumat əsasında keçirilən tədbir nəticəsində müəyyən edilib ki, Ermənistan Respublikası vətəndaşı, “Sadaxlı” gömrük-keçid məntəqəsindən keçərək gömrük nəzarətindən gizli yolla, idarə etdiyi yüngül avtomobilinin yük yerində yerləşən təbii qaz balonunda xüsusi olaraq düzəldilmiş gizli bölmədən istifadə etməklə, Gürcüstanın gömrük sərhədində gömrük dəyəri 44.892 lari olan müxtəlif adda dərman vasitələri keçirib.
İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır, bu da 5 ildən 7 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayır.