İstintaq Xidməti avqust ayı ərzində külli miqdarda aksizsiz siqaretlərin saxlanması-daşınması-satılması ilə bağlı 19 fakt aşkar edib
İstintaq Xidməti avqust ayı ərzində külli miqdarda aksizsiz siqaretlərin saxlanması-daşınması-satılması ilə bağlı 19 fakt aşkar edib

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları cari ilin avqust ayında bütün Gürcüstan ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq tədbirləri nəticəsində aksiz markası olmayan külli miqdarda malların saxlanması-daşınma-satılması ilə bağlı 19 fakt aşkar ediblər.

İstintaq Xidmətinin məlumatına görə, 12 nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, onlardan 3-ü həbs edilib.

“Aparılmış istintaq hərəkətləri nəticəsində cinayətdə iştirak edən şəxslərdən ümumi bazar dəyəri 47 min laridən çox olan, ümumilikdə 9445 ədəd müxtəlif adda aksizsiz siqaretlər götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 6 ildən səkkiz ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 200-cü maddəsi ilə aparılır” – məlumatda deyilir.