İstinad qiymətinin tətbiq olunduğu dərmanların siyahısı genişləndirilib
İstinad qiymətinin tətbiq olunduğu dərmanların siyahısı genişləndirilib

 
İstinad qiymətinin tətbiq olunduğu dərmanların siyahısı genişləndirilib. Bu barədə məlumatı Səhiyyə Nazirliyi yayır.

Məlumatda ümumilikdə 3200-dən çox dərman vasitəsi üçün qiymətin yuxarı həddinin müəyyən edildiyi deyilir.

“İstinad qiymət qoyma mexanizmi xroniki, onkoloji, antihipertenziv, antikoaqulyasiya, antihistamin, iltihab əleyhinə, psixoleptik, mədə-bağırsaq traktına, ağrıkəsicilərə və antibiotiklərə aiddir.

Qiymətin yuxarı həddi tətbiq olunan dərman vasitələrinin siyahısı mərhələli şəkildə genişləndiriləcək və əczaçılıq bazarında aktiv dövriyyədə olan dərmanları tam əhatə edəcək.

İslahatın məqsədi vətəndaşların dərman vasitələrinə maksimum çıxışını təmin etməkdir. Dəyişiklik nəticəsində əczaçılıq məhsulunun qiyməti orta hesabla 40% ucuzlaşıb.

Dərman vasitələrinin siyahısı və maksimal qiymət həddi barədə məlumat – referenceprice.moh.gov.ge saytında yerləşdirilib” – deyə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.