İstinad qiyməti tətbiq edilən dərman vasitələrinin siyahısı artırılıb, qiymətin yuxarı həddi 2300-dən çox dərman vasitəsi üçün müəyyən edilib
İstinad qiymətinə tabe olan dərmanların siyahısı artıb. Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə 2300-dən çox dərman vasitəsi üçün qiymətin yuxarı həddi müəyyən edilib.
Xüsusilə, mövcud xroniki və onkoloji dərmanlara antihipertenziv, antikoaqulyasiya, antihistaminik, antibiotik, mədə-bağırsaq, ağrıkəsici və iltihab əleyhinə preparatlar əlavə edilib.
Səhiyyə Nazirliyindən qeyd olunduğu kimi, sözügedən qiymət mexanizmi ilin sonunadək 7000 dərman vasitəsinə qədər şamil ediləcək, nəticədə əczaçılıq bazarında aktiv dövriyyədə olan dərman vasitələri tam əhatə olunacaq.
“İslahatın məqsədi vətəndaşların dərman vasitələrinə maksimum çıxışını təmin etməkdir. Dəyişiklik nəticəsində əczaçılıq məhsulunun qiyməti orta hesabla 40 faiz azalacaq”, – deyə Səhiyyə Nazirliyindən bildirilib.
Dərman vasitələrinin siyahısı və maksimal qiymət həddi haqqında məlumatı https://referenceprice.moh.gov.ge/ saytından əldə etmək olar.