“Önəmli bir dəyişiklik var, istehsalçılar üçün avans vergisi ləğv olunacaq” – bu barədə bəyanatı Maliyyə Naziri Mamuka Baxtadze verdi.
“Biz bir həftə bundan öncə yeni islahatlar haqqında məlumat verdik, hansı ki, 120 000 istehsalçıya aiddir və Gürcüstanda kiçik və orta bizneslərin inkişafını nəzərdə tutur.
Hərkəsə xatırlatmaq istəyirəm ki, biz vergiləri beş dəfə azaltdıq. Yəni, 5%-lik vergi artıq 1% olur. Həmçinin, 500 000-dən artıq dövriyyəsi olmayan hər bir individual istehsalçıya güzəşt veriləcək.
Önəmli dəyişiliklərdən biri də odur ki, biznesin avans vergisi də aradan qaldırılır.
Beləliklə, biz maksimal şəkildə güzəştli rejimə keçirik” – dedi Mamuka Baxtadze.