İstanbulun Boğaziçi Universitetinin lektorları və tələbələri Erdoğan tərəfindən təyin edilən rektora qarşı çıxırlar
İstanbulun Boğaziçi Universitetinin lektorları və tələbələri Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan tərəfindən təyin edilən rektor Melih Buluya qarşı çıxırlar.
Demonstrasiyalarda iştirak edən yüzlərlə tələbə və 20-yə yaxın universitet əməkdaşı bəyan edirlər ki, Türkiyənin ən önəmli ali təhsil müəssisəsinə Melih Bulunun rektor təyin edilməsi qeyridemokratik bir qərardır.
Yanvarın 4-də Universitet girişində, tələbələr tərəfindən keçirilən etiraz aksiyası polislə qarşıdurmaya çevrildi.
Hüquqmühafizəçilər etiraz edənlərə qarşı göz yaşardan qazdan istifadə etdilər.
Daha sonra isə, sabaha qarşı, polis 24 evdə reydlər keçirdi və 17 nəfəri və Boğaziçi Universitetinin iki tələbəsini həbs etdi.