İstanbulda terorizm ittihamı ilə 82 nəfər həbs edildi.
Türk medyasının məlumatına görə, anti-terorist əməliyyatı çərçivəsində 77 xarici ölkə vətəndaşı həbs edilib.
Həbs edilənlər “İslam Dövləti” terorizm təşkilatı ilə iş birliyində ittiham edilirlər.
Xüsusi əməliyyat İstanbulda 16 səmtdə keçirildi.
Həbs olunanlar arasında Pakistan, Əfqanistan, Cənubi Afrika və vətəndaşlıqları bəlli olmayan çeçenlər var.
Türk medyasınnı məlumatına görə, yoxlanış zamanı həbs olunanların qaldıqları yerlərdə, onların İslam Dövləti ilə əlaqələrini təsdiqləyən sənədlər tapıldı.
Sabah nəşriyyatının yaydığı məlumata görə, həbs edilənlər İstanbulda terakt planlaşdırırdılar.