İstanbulda seçkilərin yenidən təyin olunmasına görə, Türkiyə müxalifəti hakimiyyəti diktatorluqda günahlandırır
İstanbulda yerli özünüidarəetmə seçkilərinin yenidən təyin olunmasına görə, Türkiyə müxalifəti hakimiyyəti diktatorluqda ittiham edir.
“Respublika Xalq Partiyasının” sədr müavini Onursal Adıgüzel bəyan edir ki, xalqın məramını və qanunu inkar edən sistem, nə demokratikdir və nə də leqitim.
Türkiyə Seçki Şurası martın 31-də keçirilən yerli özünüidarəetmə seçkilərinin nəticələrini İstanbulda ləğv etdi. Seçkilər iyunun 23-də keçiriləcək. Son 25 il ərzində “Respublika Xalq Partiyası” Ankara və İstanbulda seçkilərdə qələbə qazandı.
Partiya nümayəndəsi Ekrem İmamoğlu son nəticələrin bəyan edilməsindən sonra səlahiyyətlərinin yerinə yetirilməsinə başladı. Hakim partiya seçkilərin nəticələrindən şikayət etdi.