İstanbulda pis hava şəraiti səbəbilə Tbilisiyə 4 reys təxirə salınıb
İstanbulda pis hava şəraiti səbəbilə Tbilisiyə 4 reys təxirə salınıb

 

İstanbulda pis hava şəraiti səbəbilə Tbilisiyə 4 reys təxirə salınıb.

Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Birinci Kanalına açıqlandığı üzrə “Pegasus” aviaşirkətinin İstanbuldan Tbilisiyə planlaşdırılan iki reysi və “Türk Hava Yolları”nın iki reysi ləğv edilib.

Verilən məlumatda Tbilisi Beynəlxalq Hava Limanının fasiləsiz işlədiyi və digər reyslərin qrafikə uyğun olaraq yerinə yetirildiyi bildirilib.