İstanbulda Gürcüstan, Türkiyə və Azərbaycanın xarici işlər nazirlərinin sayca onuncu üçtərəfli görüşü keçiriləcək
Screenshot
İstanbulda Gürcüstan, Türkiyə və Azərbaycanın xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü iyunun 8-də keçiriləcək. Bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.
Nazirliyin bildirdiyinə görə, üçtərəfli nazirlər görüşü çərçivəsində xarici işlər nazirlərinin birgə bəyanatı – İstanbul Bəyannaməsi imzalanacaq.
Tədbir çərçivəsində Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Türkiyənin xarici işlər naziri Hakan Fidan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ikitərəfli görüşlər keçirəcək.