Ermənistan Mərkəzi Seçki Komissiyasının yenilənmiş məlumatına əsasən, Nikol Paşinyanın partiyası səslərin 49,54 faizini qazanıb

10:32, 08.06.2026

Ermənistanın Mərkəzi Seçki Komissiyasının yenilənmiş məlumatına görə, hazırda səslərin təxminən 99 faizi, yəni 1 milyon 453 min 780 bülleten hesablanıb.

İlkin nəticələrə əsasən, parlament seçkilərində hakim Vətəndaş Müqaviləsi Partiyası 49,54 faiz səslə liderlik edir.

İkinci yerdə 23,21 faiz səslə Güclü Ermənistan bloku qərarlaşıb, üçüncü yeri isə 9,89 faiz səslə Ermənistan Bloku tutur.

Dördüncü yerdə 3,94 faiz səslə Çiçəklənən Ermənistan Partiyası yer alıb. Digər siyasi partiyalar isə 4 faizlik seçki baryerini keçə bilməyiblər.

Ermənistan qanunvericiliyinə əsasən, parlamentdə sabit çoxluq formalaşmadığı təqdirdə, 28 gün ərzində seçkilərin ikinci turu keçiriləcək. İkinci turda birinci mərhələdə ən çox səs toplamış iki siyasi qüvvə iştirak edəcək.

Oxşar