İstanbulda avtobus qəzası nəticəsində üç nəfər həlak oldu
İstanbulda avtobus qəzası nəticəsində üç nəfər həlak oldu

Türkiyədə – İstanbulda avtobusun qəzaya uğraması nəticəsində üç nəfər dünyasını dəyişdi və 5 nəfər xəsarət aldı.

Bu gün şəhərin Üsküdar rayonunda Dr.Eyüp Aksoy küçəsi ilə hərəkət edən iki avtobus toqquşub.

Toqquşma nəticəsində avtobusların biri idarəetməni itirərək dayanacağa çırpılıb. Hadisə nəticəsində xeyli insan yaralanıb.