İstanbul bazarı adı ilə tanınan ərazidə 4 nəfərin qətli ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs və onun qardaşı barəsində həbs qətimkan tədbiri seçilib
İstanbul bazarı adı ilə tanınan ərazidə 4 nəfərin qətli ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs və onun qardaşı barəsində həbs qətimkan tədbiri seçilib

Rustavi Şəhər Məhkəməsi İstanbul bazar adı ilə tanınan ərazidə 4 nəfərin ölümü, 1 nəfərin yaralanması işi üzrə təqsirləndirilən Qiorqi Orvelaşvili barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə onun qardaşı Qoqita Orvelaşvili də həbs edilib.

Hakim Yekaterine Partenişvili qərar qəbul edib.

Qiorqi Orvelaşvili Rustavidə ağırlaşdırıcı şəraitdə dörd nəfəri qəsdən öldürmək və bir nəfəri öldürməyə cəhddə, Qoqita Orvelaşvili isə Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə ehtiyatsız şəraitdə odlu silah saxlamaqda ittiham olunur.

Növbəti məhkəmə iclası aprelin 5-nə təyin edilib.