İsrailin Vaşinqtondakı səfirliyi qarşısında bir kişi özünü yandırmağa cəhd edib
İsrailin Vaşinqtondakı səfirliyi qarşısında bir kişi özünü yandırmağa cəhd edib

 
İsrailin Vaşinqtondakı səfirliyi qarşısında bir kişi özünü yandırmağa cəhd edib. Məlumatı “BBC” yayır.

Həmin şəxsin hərbi pilot olduğu məlum olub. Media, onun xəstəxanaya yerləşdirildiyini yazır.

Sosial şəbəkədə yayılan videoda kişi “Fələstinə azadlıq” şüarını səsləndirir.

İsrail mediası yazır ki, həmin şəxs Qəzza sektorunda davam edən müharibəyə etiraz edirmiş və bu səbəbdən özünü yandırmağa cəhd edib.