İsrailin tələbi ilə BMT Təhlükəsizlik Şurası bu gün növbədənkənar iclas keçirəcək
İsrailin tələbi ilə BMT Təhlükəsizlik Şurası bu gün növbədənkənar iclas keçirəcək. İsrail mediasının məlumatına əsasən, sessiya yerli vaxtla saat 16:00-da keçiriləcək.
İsrailin BMT-dəki səfiri Gilad Erdan Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək təcili iclasın keçirilməsini tələb edib.
Məktubda Erdan şuradan İslam İnqilabı Keşikçiləri Korpusu-nun terror təşkilatı elan etməyi xahiş edib.
Məlumat üçün bildirək ki, İsrail mediası İranın İsrail istiqamətində onlarla pilotsuz uçuş aparatı atdığını ilə bağlı məlumat yayıb. Daha sonra İranın İsrail istiqamətində ballistik raketlərin ilk dalğasını buraxdığı ilə bağlı məlumat yayılıb. Bununla yanaşı, İranın BMT-dəki nümayəndəliyi bəyanat yayaraq bildirib ki, BMT Nizamnaməsinin özünümüdafiə haqqında 51-ci maddəsinə əsasən, İranın hərbi hərəkəti sionist rejimin Dəməşqə təcavüzü, diplomatik binalara hücumuna cavabdır və “məsələni qapalı hesab etmək olar”.