İsrailin təhlükəsizlik kabineti Livanda atəşkəs razılaşmasını rəsmən təsdiqləyib

10:05, 27.11.2024

İsrailin təhlükəsizlik kabineti Livanda atəşkəs razılaşmasını rəsmən təsdiqləyib.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamada, 10 nazirin razılaşmanın lehinə, birinin isə əleyhinə səs verdiyi qeyd edilib.

İsrailin təhlükəsizlik kabinetinin razılaşmanı dəstəkləməyən yeganə üzvü Milli Təhlükəsizlik Naziri İtamar Ben Qvirdir.

“İsrail ABŞ-ın bu prosesə töhfəsini yüksək qiymətləndirir və öz təhlükəsizliyinə hər hansı təhlükəyə qarşı hərəkət etmək hüququnu özündə saxlayır”. – bəyanatda deyilir.

Oxşar