İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 93-ə yüksəlib

10:03, 30.10.2024

İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 93-ə yüksəlib. Məlumatı “BBC” yayıb.

Ölənlər arasında 20 uşaq da var. 17 nəfər itkin düşmüş hesab olunur. Ən azı 150 nəfər yaralanıb.

Hücum Qəzzanın şimalında yerləşən Beyt Lahia şəhərinə həyata keçirilib. Xilasedicilərin sözlərinə görə, bombardman zamanı beşmərtəbəli yaşayış binası tamamilə dağılıb.

İsrail Müdafiə Qüvvələri “Beyt Lahia bölgəsində mülki vətəndaşların itkiləri barədə məlumatlandırıldıqlarını” və hadisənin təfərrüatlarının araşdırıldığını bildirib.

HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzada 42 924 nəfər ölüb.

Oxşar