İsrailin Qəzzaya hücumu nəticəsində azı 42 nəfər həlak olub
İsrailin Qəzzaya hücumu nəticəsində azı 42 nəfər həlak olub

İsrail ordusunun Qəzza şəhərinə hücumu nəticəsində azı 42 nəfər həlak olub.

Ərəb mediasının məlumatına görə, İsrail hərbi əməliyyatları nəticəsində Şat qaçqın düşərgəsində 24, Tupah rayonunda isə 18 nəfər həlak olub.

Bildirilir ki, İsrail ordusu yaşayış məntəqəsini hədəfə alıb, nəticədə bir neçə yaşayış binası tamamilə və qismən dağılıb.

İsrail mediası Qəzzaya zərbənin hədəfinin Həmas komandirlərindən biri Raad Saad olduğunu yazır.

Məcburi köçkünlərin məskunlaşdığı çadırların qurulduğu yerin də bombalandığı bildirilib. Hücum nəticəsində 25 nəfər ölüb, 50 nəfər yaralanıb.

Qəzza zolağının “Həma”ya bağlı Səhiyyə Xidmətinin məlumatına görə, ötən sutka ərzində ərəb anklavında 101 nəfər ölüb, 169 nəfər yaralanıb.

Bu, 8 iyundan bəri ən yüksək ölüm sayıdır. HƏMAS-ın 4 girovunun azad edilməsi əməliyyatı zamanı azı 274 nəfər həlak olub.

HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyi iddia edir ki, 7 oktyabr 2023-cü ildən Qəzza zolağında 37 551 nəfər ölüb, 85 911 nəfər yaralanıb.