İsrailin Nazirlər Kabinetində bəyan edirlər ki, İranlı alim Mosen Fahrizadənin qatilinin kim olduğu haqqında məlumatları yoxdur
İsrailin Nazirlər Kabinetində bəyan edirlər ki, İranlı alim Mosen Fahrizadənin qatilinin kim olduğu haqqında məlumatları yoxdur

İsrailin Nazirlər Kabinetində bəyan edirlər ki, İranlı alim Mosen Fahrizadənin qatilinin kim olduğu haqqında məlumatları yoxdur.

Bu haqda məlumatı “Royter” agentliyi yayır.

“Bunu kimin etdiyini bilmirəm. Bu haqda danışmaq qadağan olduğu üçün deyil, məlumatım olmadığı üçün cavab verə bilmirəm” – deyib İsrailin Regional Əməkdaşlıq məsələləri üzrə naziri Tsaxi Aneqbi.

Qeyd edək ki, İran iqtidarı nüvə proqramının baş mütəxəssisi Moşen Fahrizadənin qətlə yetirilməsində İsraili ittiham edir.

Məşhur İranlı alim, İran nüvə proqramının baş mütəxəssisi Mosen Fahrizadənin avtomobilinə Tehranın yaxınında, noyabrın 27-də, atəş edildi.

Güllələnən alim ağır xəsarətlər aldı və xəstaxanaya çatdırıldıqdan sonra, vəfat etdi.