İsrailin Livanın cənubundakı Qana şəhərini atəşə tutması nəticəsində azı 10 nəfər ölüb, 54 nəfər yaralanıb
İsrailin Livanın cənubundakı Qana şəhərini atəşə tutması nəticəsində azı 10 nəfər ölüb, 54 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.
İsrail Müdafiə Qüvvələri Hizbullahın Kəfr Qana bölgəsinin komandiri, İsrailə qarşı terror fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsində məsul olan Cəlal Mustafa Həririnin öldürüldüyünü açıqlayıb.
Nəbatiyə şəhərinin bombalanması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Yerli mətbuatın məlumatına görə, partlayış nəticəsində 43 nəfər yaralanıb. Qurbanlar arasında Nabatie şəhərinin meri də var. Hərbi əməliyyatlar başlayandan sonra Livanda 2300-dən çox insan həlak olub, 11 mindən çox insan isə yaralanıb.
Bu gün Livandan İsrail istiqamətində 30-a yaxın raket atılıb. İsrailin şimalında atılan raket parçaları nəticəsində 4 nəfər yaralanıb.
İsrailin Qəzza zolağında da hərbi əməliyyatı davam edir. Ötən gün ərzində ərəb anklavında 65 nəfər ölüb, 140 nəfər yaralanıb.