İsrailin Livandakı hərbi əməliyyatında 31 nəfər həlak olub, ölənlər arasında xilasedicilər də var
İsrail ordusunun Livanda keçirdiyi əməliyyatda 31 nəfər həlak olub. Ölənlər arasında xilasedicilər də var.
Livan mətbuatının verdiyi məlumata görə, Tir bölgəsindəki Ras Əl-Ayn şəhərinin bombalanması nəticəsində 15 nəfər həlak olub. Ötən gecə şəhərə hava reydləri keçirilib və bu reydlər zamanı bir neçə ev bombalanıb. İsrailin Cbeil rayonunun Almatı kəndinə endirdiyi zərbələr nəticəsində üçü uşaq olmaqla 12 nəfər həlak olub.
İsrail aviasiyası Livanın cənubundakı Srifah şəhərində yaşayış evinə zərbə endirib. Livan mətbuatının məlumatına görə, İsrail hərbi aviasiyası ölkənin paytaxtı Beyrutun cənub bölgəsi Dahiyəni bombalayıb.
Əldə olan məlumata görə, Qəzza müharibəsi başlayandan bəri İsrailin Livana hücumları nəticəsində azı 3136 nəfər ölüb, 13979 nəfər yaralanıb.