İsrailin hərbi əməliyyatı zamanı Xan Yunisdə 18 nəfər həlak olub
İsrailin hərbi əməliyyatı zamanı Xan Yunisdə 18 nəfər həlak olub

 
Qəzza sektorunda İsrailin hərbi əməliyyatı zamanı çadırların bombalanması insan tələfatı ilə nəticələnib.

“Al Jazeera”nin məlumatında, Xan Yunis şəhərində çadırların bombalanması nəticəsində ana və uşağı daxil olmaqla 5 nəfərin həlak olduğu deyilir.

Xan Yunisdə İsrailin hərbi əməliyyatı nəticəsində ümumilikdə 18 nəfər həlak olub.

İsrail ordusu həmçinin ərəb anklavının mərkəzi və cənub rayonlarını və Deyr al-Balah şəhərini bombalayıb.

Ötən gün ərzində Qəzza sektorunda İsrailin hərbi əməliyyatı zamanı 27 nəfər həyatını itirib.

Gözlənilən genişmiqyaslı əməliyyat başlamazdan əvvəl İsrail hərbçiləri yerli sakinləri və məcburi köçkün fələstinliləri Beyt Hanun və Beyt Lahia rayonlarını tərk etməyə çağırıb.

“HƏMAS” tərəfindən nəzarət edilən Qəzza sektorunun Səhiyyə Qurumunda ötən ilin oktyabrın 7-dən ən azı 39 677 nəfərin həlak olduğunu, 91 645 nəfərin isə yaralandığını bəyan edirlər.