İsrailin Gürcüstandakı səfirliyi - vətəndaşımızın təhlükəsizliyini təmin etmək üçün göstərdiyi peşəkar və qətiyyətli səylərə görə DTX-yə təşəkkür edirik
İsrailin Gürcüstandakı səfirliyi - vətəndaşımızın təhlükəsizliyini təmin etmək üçün göstərdiyi peşəkar və qətiyyətli səylərə görə DTX-yə təşəkkür edirik

 
İsrailin Gürcüstandakı səfirliyi İsrail vətəndaşının təhlükəsizliyini təmin etdiyinə görə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə təşəkkür edir. Bu barədə səfirliyin açıqlamasında qeyd olunub.

“Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin bugünkü bəyanatında qeyd olunan qabaqlayıcı tədbirlər nəticəsində İsrail vətəndaşına hücumun qarşısının alınması ilə əlaqədar, İsrail səfirliyi İsrail vətəndaşının təhlükəsizliyini təmin etmək üçün göstərdiyi peşəkar və qətiyyətli səylərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinə təşəkkür etmək istəyir.

Biz İranın təkcə Yaxın Şərqdə deyil, bütün dünyada, indi isə Gürcüstanda şər niyyətli, dağıdıcı fəaliyyətini və terror aktlarına cəhdlərini necə davam etdirdiyinin şahidi oluruq.

Biz yerli hakimiyyət orqanları tərəfindən həyata keçirilmiş vacib və qətiyyətli addımları ürəkdən qiymətləndiririk” -deyə səfirliyin bəyanatında qeyd olunur.

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti qurumun əks-kəşfiyyat şöbəsinin cinayətkar qrup tərəfindən Gürcüstanda planlaşdırılan İsrail vətəndaşını qətlə yetirmək cəhdinin aşkar edilərək qarşısının alındığı barədə məlumat yayıb. İdarədən verilən məlumatda həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Pakistan və ikili İran-Gürcüstan vətəndaşlığı olan şəxslərin saxlanıldığı deyilir.