İsrailin diplomatik missiyaları bütün dünyada və həmçinin Gürcüstanda fəaliyyətini dayandırdılar
İsrailin diplomatik missiyaları bütün dünyada və həmçinin Gürcüstanda fəaliyyətini dayandırdılar.
İsrailin Xarici İşlər Nazirliyinin veb-səhifəsində yayılan məlumata görə, Nazirlik, Maliyyə Nazirliyi ilə olan probleminə görə, xaricdə bütün diplomatik missiyalarının fəaliyyətini dayandırmağa qərar verdi.
Maliyyə və Xarici İşlər Nazirliyi arasında olan narazılıq diplomatların və hərbi attaşelərin maaşlarının ödənilməsi qaydalarının dəyişdirilməsinə aiddir.
İsraildə diplomatların boykotuna görə, İsrailin Gürcüstandaki diplomatik nümayəndəliyi də fəaliyyətini dayandırıb.
“İsrailin Xarici İşlər Nazirliyində yaranan problemlərə görə, oktyabrın 30-dan İsrailin Gürcüstandaki Səfirliyi və Konsulluğu fəaliyyətini müəyyən müddət ilə dayandırdılar” – deyilir Səfirlik tərəfindən yayılan məlumatda.