İsrailin bombardmanları nəticəsində İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”nun ballistik raketlərin istehsal olunduğu kosmik mərkəzi zədələnib

14:27, 30.10.2024

Ötən həftə İsrailin bombardmanları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun ballistik raketlər istehsal edən və kosmik raketlər buraxan kosmik mərkəzi zədələnib.

Bu barədə “Associated Press” məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, peyk görüntülərinin təhlili Tehrandan 370 kilometr şimal-şərqdə yerləşən Semnandakı Şahrud Kosmik Mərkəzində zərərin olduğunu göstərir.

Fotolarda kosmik mərkəzin mərkəzi binasına, ona bitişik bir neçə binaya və anqara ziyan dəyib.

Nəşrin məlumatına görə, fotoşəkillərdə ətrafdakı avtomobillər görünür, ola bilsin ki, mütəxəssislər dəymiş ziyanı qiymətləndirmək üçün istifadə ediblər.

Oxşar