İsrailin Beyruta hava hücumu nəticəsində azı 5 nəfər həlak olub və 8 nəfər xəsarət alıb
İsrailin Beyruta hava hücumu nəticəsində azı 5 nəfər həlak olub və 8 nəfər xəsarət alıb

 
İsrailin Beyruta hava hücumu nəticəsində azı 5 nəfər həlak olub və 8 nəfər xəsarət alıb. Məlumatı “BBC” yayır.

İsrailin Müdafiə Qüvvələrində bəyan etdikləri kimi, Başurada yerləşən çoxmərtəbəli binada “Hizbullah”ın səhiyyə mərkəzi yerləşirdi və dəqiq hücum nəticəsində zərər görüb.

Gecə boyunca Livanın cənubunda Dahie şəhərətrafı bölgəsində yerləşən hədəflərə qarşı daha beş hava hücumu həyata keçirilib.

İsrail 2006-cı ildən bəri ilk dəfə Beyrutun mərkəzinə hava hücumu təşkil edib.