İsrailin Beyruta endirdiyi hava hücumu nəticəsində ölənlərin sayı 31-ə çatıb

17:09, 21.09.2024

İsrailin Beyruta endirdiyi hava hücumu nəticəsində ölənlərin sayı 31-ə çatıb. Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ölənlər arasında üç uşaq və yeddi qadın var.

Hizbullah ölənlər arasında təşkilatın 16 üzvünün, o cümlədən yüksək rütbəli lider İbrahim Akil və Qəzza müharibəsi zamanı Radvan xüsusi təyinatlılarının hərbi əməliyyatlarına rəhbərlik edən digər komandir Əhməd Vəhbinin olduğunu təsdiqləyib.

Məlumat üçün bildirək ki, İsrail son iki ayda ikinci dəfə Hizbullah liderlərinə hava zərbələri endirib. İyul ayında İsrailin hava hücumu nəticəsində qruplaşmanın ali hərbi komandiri Fuad Şükri öldürülüb.

Oxşar