İsrailin Berşeva şəhərində bıçaqla silahlanmış şəxs mərkəzi avtovağzalda yerli sakinə hücum edib

20:00, 31.03.2024

İsrailin Berşeva şəhərində bıçaqla silahlanmış şəxs mərkəzi avtovağzalda yerli sakinə hücum edib. İsrail mediasının məlumatına görə, hücum nəticəsində bir gənc yüngül xəsarət alıb.

Yaralının İsrail Müdafiə Qüvvələrinin zabiti olduğu məlum olub. Polis hücumçuya atəş açıb və öldürüb.

İsrail polisi hadisəni terror aktı kimi qiymətləndirib.Yerli media hücumçunun beduinlərin Rahat şəhərində yaşadığını yazır.

Oxşar