İsrailin Belqraddakı səfirliyinə hücumda şübhəli bilinənlərdən biri həbs edilib
İsrailin Belqraddakı səfirliyinə hücumda şübhəli bilinənlərdən biri həbs edilib

İsrailin Belqraddakı səfirliyinə hücumda şübhəli bilinənlərdən biri həbs edilib. Bu barədə Serbiyanın daxili işlər naziri məlumat verib.

İvitsa Daçiçin sözlərinə görə, saxlanılan şəxs əvvəllər hərbi mövzulu internet saytlarında fəallıq göstərdiyinə və insanları cihada çağırdığına görə məhkum edilib. O, iki il cəza çəkirdi.

Onun bu terror aktının maddi-texniki təchizatı və təşkilində bilavasitə iştirak etdiyinə dair şübhələr var”, – deyə Daçiç bildirib.

İsrailin xarici işlər naziri İsrael Katz Belqradda İsrail səfirliyinə hücumdan sonra Serbiya hökumətinə göstərdiyi dəstəyə və əməkdaşlığa görə təşəkkür edib.

Məlumat üçün bildirək ki, İsrailin Belqraddakı səfirliyi yaxınlığında bir nəfər polisə hücum edib, buna cavab olaraq deputat ona atəş açıb. Polis boynundan yaralanıb, hücum edən şəxs isə öldürülüb.