İsrailin Baş nazirinin müşaviri Netanyahunun Qəzzada müharibəyə son qoyulması üçün ABŞ Prezidenti tərəfindən təqdim edilmiş planla razılaşdığını bildirir
İsrailin Baş nazirinin müşaviri Netanyahunun Qəzzada müharibəyə son qoyulması üçün ABŞ Prezidenti tərəfindən təqdim edilmiş planla razılaşdığını bildirir

 
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada müharibəyə son qoyulması üçün ABŞ Prezidenti tərəfindən təqdim edilmiş planla razılaşıb.

Bu haqda Netanyahunun xarici siyasət məsələləri üzrə müşaviri Ofir Falk açıqlayıb.

Falk, sözügedən planın çoxlu qüsurlarının olduğunu və daha çox işə ehtiyac olduğunu, lakin israilli girovların azad edilməsi müqabilində İsrail tərəfinin bu planla razılaşdığını deyib.

“Üzərində işləməli olduğumuz çoxlu detallar var. İsrailin şərtləri, o cümlədən girovların azad edilməsi və “HƏMAS”ın soyqırım törədən terror təşkilatı kimi məhv edilməsi dəyişməyib”- deyə Ofir Falk açıqlayıb.

ABŞ Prezidenti Co Bayden Qəzzada müharibəyə son qoyulması üçün İsrail və “HƏMAS”a üç mərhələli plan təqdim edib.