İsrailin Baş naziri Müharibə Kabinetini buraxıb
İsrailin Baş naziri Müharibə Kabinetini buraxıb

 
İsrailin Baş naziri Benyamin Netanyahu Müharibə Kabinetini buraxıb. Bu haqda “Times of Israel” nəşri baş nazirin ofisinə istinadən məlumat yayır.

Müharibə Kabineti İsrailə 11 oktyabr hücumlarından sonra İsrailin “HƏMAS” və “Hizbullah”a qarşı kampaniyasını idarə etmək üçün yaradılıb. Baş nazirin ofisində izah edirlər ki, Müharibə Kabinetinin yaradılması “Milli Birlik” partiyasının sədri Beni Qantsın koalisiya razılaşmasının əsas tələbi olub. Müharibə Kabinetinin üzvlərindən biri olan Beni Qants keçən həftə koalisiyanı tərk edib.

Baş nazirin ofisindən deyildiyi kimi, indi fövqəladə birlik hökuməti olmadığına görə, bu razılaşma əsasında yaradılmış Müharibə Kabinetinin mövcudluğu artıq aktual deyil. Müharibə ilə bağlı mühüm qərarlar qəbul etmək üçün İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalant digər müvafiq yüksək vəzifəli rəsmilərlə məsləhətləşəcək və yekun olaraq təsdiq üçün daha geniş Təhlükəsizlik Kabinetinə təqdim edəcəklər.