İsrailin Ali Məhkəməsinin qərarına əsasən, ultraortodoks tələbələrin orduya çağırılması başlamalıdır
İsrailin Ali Məhkəməsinin qərarına əsasən, ultraortodoks tələbələrin orduya çağırılması başlamalıdır

 
İsrailin Ali Məhkəməsinin qərarına əsasən, dövlət ultraortodoks tələbələrin orduya çağırılmasına başlamalıdır.

“Çətin müharibənin gedişatı zamanı bərabərsizlik yükü heç vaxt olmadığı kimi kəskindir”-məhkəmə tərəfindən yekdilliklə qəbul edilmiş qərarda deyilir.

İsraildə qüvvədə olan qanuna əsasən, kişilərin əksəriyyəti üçün üç illik hərbi xidmət məcburidir. Həmçinin qadınlar iki illik hərbi xidmət keçirlər. Onilliklər ərzində ultraortodokslar hərbi xidmətdən azad edilmişdilər. Onları hərbi xidmətdən azad edən qanunun müddəti keçən il başa çatıb, lakin hökumətin icazəsi ilə onun müddəti uzadılıb.

Ali Məhkəmə müəyyən edib ki, istisna üçün yeni hüquqi əsas olmadığını nəzərə alaraq, dövlət ultraortodoks kişilərin orduya çağırılmasına başlamalıdır.

İsrailin Baş naziri Benyamin Netanyahunun hakim koalisiyasına iki ultraortodoks partiya daxildir, müvafiq olaraq Ali Məhkəmənin qərarı İsrail hökuməti üçün problem ola bilər. Sözügedən partiyaların liderləri məhkəmənin qərarından məyus olduqlarını bildiriblər.

İsrailin Parlamentində məcburi hərbi xidmət haqqında yeni qanun layihəsi üzərində işləyirlər.