İsraildən Gürcüstana iki aviareys həyata keçirilib, sərnişinlər arasında onlarla Gürcüstan vətəndaşı olub
İsraildən Gürcüstana iki aviareys həyata keçirilib, sərnişinlər arasında onlarla Gürcüstan vətəndaşı olub

 
Bu gecə Tel-Əvivdən Tbilisi Beynəlxalq Hava Limanına iki aviareys həyata keçirilib. Sərnişinlər arasında onlarla Gürcüstan vətəndaşı olub.

Reyslərdən biri azyaşlı uşaqlar da daxil olmaqla 60-a yaxın Gürcüstan vətəndaşını gətirən “Georgian Airways” aviaşirkəti tərəfindən həyata keçirilib.

Vətəndaşların dedikləri kimi, İsraildə vəziyyət hələ də mürəkkəbdir, uçuşdan əvvəl Təl-Əviv hava limanında da həyəcan siqnalları eşidilib. Onlar Gürcüstanın İsraildəki səfirliyinin İsraildə yaşayan gürcülərlə daim əlaqədə olduğunu bildiriblər.