İsraildəki hadisələrlə bağlı Gürcüstanın İsraildəki səfirliyi vətəndaşları üçün məlumat yayır
İsraildəki hadisələrlə bağlı Gürcüstanın İsraildəki səfirliyi vətəndaşları üçün məlumat yayır

İsraildəki hadisələrlə bağlı Gürcüstanın İsraildəki səfirliyi vətəndaşlarına məlumat yayır.

“Xatırladaq ki, İsraildəki hadisələrlə bağlı səfirlikdə aşağıdakı qaynar xətt nömrələri fəaliyyət göstərir: +972 52-6919092; +972 52-7583344; +972 54-7386813;

Biz İsrailə və İsrail xalqına sülh diləyirik”, – deyə səfirliyin məlumatında bildirilib.

Məlumat üçün bildirək ki, İsrail mediası İranın İsrail istiqamətində onlarla pilotsuz uçuş aparatı buraxdığı ilə bağlı məlumat yayıb. Daha sonra İranın İsrail istiqamətində ballistik raketlərin ilk dalğasını buraxdığı ilə bağlı məlumat yayılıb. Bununla yanaşı, İranın BMT-dəki nümayəndəliyi bəyanat yayaraq bildirib ki, BMT Nizamnaməsinin özünümüdafiə haqqında 51-ci maddəsinə əsasən, İranın hərbi hərəkəti sionist rejimin Dəməşqə təcavüzü, diplomatik binalara hücumuna cavabdır və “məsələni qapalı hesab etmək olar”.