İsraildə minlərlə insan növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyası keçirib
İsraildə minlərlə insan növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyası keçirib.
“Reuters”in məlumatına əsasən, vətəndaşlar baş nazir Benyamin Netanyahunun istefasını və oktyabrın 7-də “HƏMAS”ın hücumundan sonra əsir götürülən 133 girovun azad edilməsini tələb edirlər.
Etiraz aksiyaları həm Təl-Əvivdə, həm də Netanyahunun Qüdsdəki iqamətgahı yaxınlığında keçirilib.