İsraildə minlərlə insan hökumətin dəyişməsi tələbi ilə toplaşıb
İsraildə minlərlə insan hökumətin dəyişməsi tələbi ilə toplaşıb

 
İsraildə minlərlə insan hökumətin dəyişməsi tələbi ilə Knessetin binası qarşısına toplaşıb.

Məlumatı “Reuters” yayır.

Vətəndaşlar yeni hökumətin təyin edilməsini və baş nazir Benyamin Netanyahunun istefasını tələb ediblər.

“Girovlar səkkiz aydan artıqdır Qəzza sektorunda qalırlar və biz faktiki olaraq onların geri qaytarılması üçün heç bir iş görmürük”- aksiyanın iştirakçılarından biri açıqlayıb.

Etirazçılar Netanyahunun “HƏMAS”a qarşı mübarizədə qərarlarını tənqid edirlər.